
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel partiyanın baş qərargahına polis müdaxiləsindən sonra Türkiyə Böyük Millət Məclisinə (TBMM) doğru yürüşə başladığını açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatıəna istinadən xəbər verir ki, CHP Baş Qərargahında yaşanan hadisələrdən sonra kameralar qarşısına çıxan Özel ona təqdim edilən təxliyə bildirişini cıraraq etirazını nümayiş etdirib.
O, “geri qayıtmaq üçün çıxıram” mesajı verərək parlamentə doğru hərəkət etdiyini bildirib. Hadisələr zamanı polisin binaya bibər qazından istifadə edərək daxil olduğu, bu səbəbdən qərargah ətrafında gərginliyin daha da artdığı bildirilir.
Hadisələr CHP daxilində son günlər artan siyasi qarşıdurmalar fonunda baş verir. Məhkəmənin CHP ilə bağlı qərarından sonra partiyada rəhbərlik böhranı daha da dərinləşib. Rəsmi TBMM saytında da Özgür Özelin statusunda dəyişiklik edilərək “CHP sədri” ifadəsinin çıxarıldığı, onun “CHP qrup rəhbəri və Manisa millət vəkili” kimi göstərildiyi bildirilir.
Hazırda Ankara siyasi dairələrində diqqət Özelin TBMM-də atacağı növbəti addımlara və CHP daxilində mümkün siyasi dəyişikliklərə yönəlib.
Tətbiqimizi yükləyə bilərsiniz