
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən NATO Parlamentlərarası Assambleyanın 62-ci iclasında Ermənistandan olan deputat Koryun Nahapetyanı sərt tənqid edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, K. Nahapetyan sual-cavab bölümündə Türkiyəni tənqid edib. Erməni deputatın Türkiyənin İŞİD terror qruplaşmasına dəstək verməsi ilə bağlı ittihamlarına M. Çavuşoğlu sərt reaksiya verib. O bildirib: “Fərqli fikirlərimiz ola bilər, ancaq əvvəlcə dürüst olmaq lazımdır. Siyasətçi isə daha çox dürüst olmalıdır. Təəssüf ki, erməni dostlarımız heç dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə söyləyə bilərsiniz? Bu günədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusunu öldürüb?”.
Tətbiqimizi yükləyə bilərsiniz