Ermənistanda TRIPP layihəsilə bağlı sorğu keçirilib


ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən Ermənistanda TRIPP layihəsilə bağlı sorğu keçirilib.
Yeniavaz.com
xəbər verir ki, sorğuda iştirak edənlərin 44 faizi təşəbbüsü dəstəklədiyini, 41 faizi isə əleyhinə olduğunu bildirib. Respondentlərin 8 faizi sənəd barədə ilk dəfə eşitdiyini, 6 faizi isə cavab verməkdə çətinlik çəkdiyini deyib.
Sorğu nəticələrinə əsasən, TRIPP-in tərəfdarları bu təşəbbüsün əsas üstünlüyü kimi iqtisadi perspektivləri önə çəkirlər. Dəstək verən respondentlərin 27 faizi iqtisadi artımı, 23 faizi ticarətin genişlənməsini, 19 faizi blokadanın aradan qalxmasını, 17 faizi isə sülhün bərqərar olmasını əsas fayda hesab edib. Digər iştirakçılar xarici əlaqələrin inkişafı (9 faiz), təhlükəsizliyin təmin olunması (8 faiz) və dövlət büdcəsinin artımını (7 faiz) qeyd ediblər.
Bununla yanaşı, təşəbbüsə qarşı çıxanlar daha çox təhlükəsizlik risklərini qabardıblar. Əleyhdarların 21 faizi təhlükəsizlik zəifliyindən narahat olduğunu bildirib. Respondentlərin 19 faizi “düşmən ölkə vətəndaşlarının sərbəst girişini”, 12 faizi Azərbaycana etimadsızlığı, 10 faizi isə Sünik bölgəsinin itirilməsi riskini əsas təhlükə kimi göstərib. Bundan əlavə, yeni ərazi iddiaları ehtimalı (9 faiz), Ermənistanın yol üzərində nəzarəti itirəcəyi qorxusu (7 faiz) və ABŞ-nin etibarlı tərəfdaş olmaması barədə narahatlıqlar (6 faiz) qeyd olunub.
IRI-nin məlumatına görə, sorğu telefon müsahibələri (CATI) vasitəsilə aparılıb və Ermənistanda yaşayan 18 yaşdan yuxarı 1500-dən çox respondent iştirak edib.
Qeyd edək ki, TRIPP (Trump Route for International Peace and Prosperity) – “Sülh və Rifah üçün Tramp Marşrutu” adlanan regional nəqliyyat və logistika layihəsidir. TRIPP ABŞ və Ermənistan arasında imzalanmış birgə təşəbbüsdür. Layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasını, eyni zamanda regionda ticarət və tranzit imkanlarının genişləndirilməsini nəzərdə tutur. Təşəbbüsə avtomobil və dəmir yolu xətlərinin, enerji və kommunikasiya infrastrukturunun inkişafı da daxildir.

DİGƏR XƏBƏRLƏR

Top