Vaşinqtonda iğtişaşlar nəticəsində saxlanılanların sayı 217-yə çatıb

ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında baş verən toqquşmalar nəticəsində saxlanılanların sayı 217 nəfərə çatıb. TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Vaşinqton polis idarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Piter Nyüşem bildirib. Onun sözlərinə görə, şəhərdə qeydə alınan müxtəlif insidentlər zamanı 6 polis əməkdaşı xəsarət alıb. “Ümumiliklə iğtişaşlar nəticəsində 217 nəfər saxlanılıb, 6 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb”, deyə P.Nyüşem qeyd edib.APA

DİGƏR XƏBƏRLƏR

Top