
Qaraciyər hər gün çox böyük iş görür: maddələr mübadiləsində iştirak edir, qidanın həzm olunmasına kömək edir, toksinləri təmizləyir və bütün bədənin normal fəaliyyətini təmin edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə SM-Klinikasının qastroenteroloqu, hepatoloqu və yüksək kateqoriyalı həkimi Lyudmila Sosnina gazeta.ru-ya danışıb.
Mütəxəssisin sözlərinə görə, qaraciyər özünü sağaltmaq qabiliyyətinə malik azsaylı orqanlardan biridir:
“Lakin, bu qabiliyyətə baxmayaraq, ilk növbədə qidalanma yolu ilə dəstəyə ehtiyac duyur.
Pəhrizə müntəzəm olaraq tərəvəzlər daxil edilməlidir. Brokoli, Çin kələmi, yarpaqlı göyərtilər, avokado, çuğundur və yerkökü xüsusilə faydalı hesab olunur. Tərəvəz və meyvələrdə qaraciyər hüceyrələrini zədələnmədən qorumağa və onların bərpasını təşviq etməyə kömək edən yüksək miqdarda antioksidant var”.
Meyvələr arasında mütəxəssis banan, limon və qreypfrutu vurğulayıb:
“Qaragilə, moruq, zoğal və üzüm kimi giləmeyvələr də faydalıdır. Giləmeyvələr yalnız qaraciyərin dəstəklənməsi üçün deyil, həm də immun sisteminin normal fəaliyyəti üçün vacib olan antioksidantlar, vitaminlər və mikroelementlərlə zəngindir”.
Qastroenteroloq yulaf ezməsinə xüsusi diqqət yetirməyi tövsiyə edib:
“Bu, iltihabı azaltmağa və yağlı qaraciyər xəstəliyinin inkişaf riskini azaltmağa kömək edən yaxşı lif və beta-qlükan mənbəyidir.
Həmçinin, sağlam yağlar olan qidalar qaraciyər üçün xüsusilə vacibdir. Bu, ilk növbədə yağlı balıqlara aiddir. Omeqa-3 yağ turşuları metabolik proseslərdə iştirak edir, iltihab əleyhinə təsir göstərir və qaraciyərin düzgün fəaliyyətini dəstəkləyir”.
O əlavə etdi ki, həftədə ən azı üç dəfə yağlı balıq yemək məsləhətdir:
“Bu mümkün deyilsə, həkim mütəxəssislə məsləhətləşdikdən sonra balıq yağı əlavələri qəbul edə bilərsiz. Qoz, badam və keşyu kimi qoz-fındıqlar da qaraciyər üçün faydalı hesab olunur. Onların tərkibində doymamış yağ turşuları, vitaminlər və antioksidantlar var. Lakin yadda saxlamaq vacibdir ki, qoz-fındıq çox kalorilidir, ona görə də həddindən artıq qəbul etməmək yaxşıdır.
Bundan əlavə, pəhrizə çiy zeytun yağı əlavə edin. O, oksidləşdirici stressi azaltmağa kömək edir və qaraciyər funksiyasını yaxşılaşdırır”.
Tətbiqimizi yükləyə bilərsiniz