
Yəqin, siz də diqqət yetirdiniz. Biz başlıqda “Uşaqlara xərclik verilməlidirmi?” sualını qoymadıq. Çünki belə olsa idi, bu sualın cavabı mübahisəsiz “Bəli!” olardı.
Bəli, uşaqlara xərclik verilməlidir. Bir çox valideynlərin düşündüyü kimi “Uşaq nə bilir pul nədir?” və ya “Mən onsuz da uşağıma lazım olan şeyləri alıram, ona xərclik verməyə ehtiyac yoxdur” kimi fikirlər tamamilə səhvdir. Halbuki valideynin düşünəcəyi əsas məsələ uşağına verəcəyi xərcliyin miqdarı və bu xərcliklə onun üzərinə qoyacağı məsuliyyət olmalıdır. Bəs uşaqlara xərclik verməkdə məqsəd nədir?
Xərcliyin birdən çox məqsədi və buna uyğun olaraq faydaları var. İlk növbədə, xərclik uşaqda sahiblik hissini artırır. Və bu hiss uşaqda tədricən özünəinama səbəb olur. Xərcliklə uşaq məsuliyyət hissini öyrənir. Valideynin ona inandığını hiss edir. Xərcliklə uşaq əlindəkilərin qiymətini bilir. Zaman keçdikcə nəyi necə xərcləməyi öyrənir. Burada əsas məsələlərdən biri də uşaqda tədricən qənaət hissinin formalaşmasıdır.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz