“SpaceX” dünyanın ən böyük raketi olan “Starship”i sınaqdan keçirdi − Video


Amerika şirkəti “SpaceX”, Aya və Marsa insanlı uçuşlar üçün nəzərdə tutulmuş “Super Heavy V3” buraxılış vasitəsini istifadə edərək “Starship” super-ağır kosmik sisteminin sınaq buraxılışını uğurla başa çatdırıb. 
Yeniavaz.com
xəbər verir ki, start Texasdakı Boka Çika buraxılış məntəqəsindən mayın 22-si saat 17:30-da (Bakı vaxtı ilə mayın 23-ü saat 02:30) baş tutub.
Startdan yeddi dəqiqə sonra gücləndirici “Starship”dən ayrılıb və Meksika körfəzinə sıçrayıb.
Kosmik gəminin özü Yer kürəsinin orbitini qismən tamamlayıb və 20 saxta peyk və iki modifikasiya olunmuş “Starlink” peykini orbitə yerləşdirib.
“Starship” daha sonra orbitdən çıxıb və Hind okeanında planlaşdırılan sıçrama zonasına enib. Bütün uçuş 65 dəqiqə davam edib
Bu uçuş “Starship” üçün 12-ci, V3 adlandırılan və təkmilləşdirilmiş “Raptor” mühərrikləri ilə təchiz olunmuş üçüncü nəsil raket üçün isə birinci olub. 
“Starship V3” təkrar istifadə edilə bilən raket sistemi bəşəriyyət tarixindəki ən böyük və ən güclü raketdir və 124 metr hündürlüyündədir. 

 

DİGƏR XƏBƏRLƏR

Top