CHP-nin qurultayı ilə bağlı əməliyyat − Saxlanılanlar var


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı başlanılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat keçirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada keçirilən əməliyyatlar nəticəsində 13 şübhəli saxlanılıb. 
Saxlanılan şəxslər “siyasi partiyalar qanununu pozma”, “rüşvət alma” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” kimi cinayətlərdə şübhəli bilinir.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq başçısı Kamal Kılıçdaroğlu vəzifəsinə müvəqqəti olaraq qaytarılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top