Çində kömür mədənində partlayış − 80 nəfər öldü


Çinin Şansi əyalətindəki kömür mədənində qaz partlayışı baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Hadisə nəticəsində 82 nəfər ölüb, daha doqquz nəfər itkin düşüb.
Qeyd edilib ki, hadisədə məsul şəxslər qanuna uyğun olaraq nəzarətə alınıb və xilasetmə işləri davam edir.
Əlavə məlumat verilməyib.
Çin Prezidenti Si Cinpin yaralıların xilas edilməsi və müalicəsi üçün bütün səylərin görülməsini, eləcə də gələcəkdə oxşar böyük qəzaların qarşısının alınması üçün qətiyyətli tədbirlərin görülməsini əmr edib. Baş nazir Li Qianq da faciə ilə bağlı müvafiq göstərişlər verib.

DİGƏR XƏBƏRLƏR

Top