ABŞ Milli Kəşfiyyatının direktoru istefa verdi


Talsi Qabbard ABŞ Milli Kəşfiyyat direktoru vəzifəsindən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, o, qərarı barədə ABŞ Prezidenti Donald Trampa məlumat verib.
Qabbard açıqlamasında bu yaxınlarda olduqca nadir sümük xərçəngi diaqnozu qoyulmuş ərinə dəstək olmalı olduğunu yazıb:
“İndi onun yanında olmaq və bu xəstəliyə qarşı mübarizədə onu tam dəstəkləmək üçün dövlət qulluğundan geri çəkilməliyəm”.
Qabbard yazıb ki, ona göstərilən etimada və son bir il yarım ərzində Milli Kəşfiyyat Direktoru Ofisinə rəhbərlik etmək imkanına görə Trampa dərin minnətdarlıq edir.
Talsi Qabbard 2025-ci ilin fevral ayında Milli Kəşfiyyat direktoru təyin edilib. Tezliklə o, ilin sonuna qədər agentliyin işçi qüvvəsini 40% azaltmaq niyyətində olduğunu açıqlayıb. O, yenidənqurmanın agentliyi daha səmərəli edəcəyinə və ildə 700 milyon dollar qənaət edəcəyinə inanır. Kəşfiyyat direktoru kimi Qabbard ABŞ-nin keçmiş prezidenti Barak Obama və onun administrasiyasının rəsmilərini məsuliyyətə cəlb edilməsinə çağırıb. O, iddia edib ki, onlar Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə təsir göstərməyə cəhd etdiyi təəssüratını yaratmaq üçün uydurma kəşfiyyat məlumatlarından istifadə ediblər.
 

DİGƏR XƏBƏRLƏR

Top