Trampın telefonu əlindən alındı

ABŞ Federal Agentliyi ölkənin yeni seçilmiş prezidenti Donald Trampı “Android” smartfonundan imtina etməyə və yalnız məxfi xidmətin təsdiq etdiyi telefondan istifadə etməyə məcbur edib. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, agentlik Barak Obama prezident səlahiyyətinə başlayanda da onun telefonunu əlindən almışdı. Bununla da D. Tramp əvvəlcə modifikasiya edilmiş “Blackberry”, sonra isə “iPhone” telefonundan istifadə edib. Onun prezident seçilməzdən öncə “Samsung Galaxy” telefonundan istifadə etdiyi deyilir.

DİGƏR XƏBƏRLƏR

Top