“Qarabağ” “Sumqayıt”ı məğlub etdi


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
Yeniavaz.com
xəbər verir ki, “Sumqayıt” evdə “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində “Qarabağ” çempionatı 69 xalla 2-ci, “Sumqayıt” isə 41 xalla 7-ci pillədə başa vurub.
Günün ilk görüşündə “Bank Respublika Arena”da çempion “Sabah” "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.

DİGƏR XƏBƏRLƏR

Top