Daha bir ünvanda ödənişsiz parklanma yerləri yaradıldı


Bakının Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında ödənişsiz parklanma məntəqələri və 3 minib-düşmə yeri yaradılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə gələn axın nəzərə alınaraq “5.15”–“duracaq yeri” yol nişanı quraşdırılmaqla ödənişsiz parklanma məntəqələri, həmçinin “3.28”–“durmaq qadağandır” yol nişanı quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb. Eyni zamanda “5.14”–“minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Bu, xaotik vəziyyətin və nizamsız parklanmanın tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təşkil olunub”,- məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top