Qonşu ölkələrdə qatar biletləri neçəyədir? – Azərbaycan orta sırada yer alır


Azərbaycan və qonşu ölkələr arasında ən baha dəmir yolu biletləri Rusiyada qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərindən Vladimir şəhərinə qatarla getmək üçün 1 600 rubl (38 manat) dəyərində standart bilet almaq lazımdır.
Moskva–Vladimir marşrutunun uzunluğu təxminən 190 kilometrdir. Bu isə hər kilometr üçün təxminən 20 qəpik xərc deməkdir.
Siyahıda ikinci yerdə Gürcüstan gəlir. Tbilisi–Qori marşrutu üzrə 75 kilometrlik yolun bilet qiyməti 8,2 manat (13 lari) təşkil edir. Bu marşrutda bir kilometrin qiyməti 10,9 qəpikdir.
Azərbaycan isə müqayisədə üçüncü sırada qərarlaşıb. Bakı–Kürdəmir marşrutu üzrə 203 kilometrlik səfərin bileti 15 manatdır. Bu marşrutda bir kilometr üçün təxminən 7,4 qəpik ödənilir.
Türkiyədə Ankara–Konya marşrutu üzrə 317 kilometrlik səfərin bilet qiyməti 16 manat (430 lirə) təşkil edir. Bu istiqamətdə hər kilometrə düşən xərc təxminən 5 qəpikdir.
Ən aşağı göstərici isə Ermənistanda qeydə alınıb. İrəvan–Gümrü marşrutu üzrə 126 kilometrlik səfər 6 manata (1 300 dram) başa gəlir. Beləliklə, bu marşrutda bir kilometrin qiyməti təxminən 4,8 qəpik təşkil edir.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top