Bakı-Tbilisi qatarında ödənişsiz nə qədər yükə icazə verilir?


Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, kiçik əl yükü üçün ödəniş tələb olunmur:
“Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər”, - deyə məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top