Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış


Azərbaycanda daha bir şirkət – “Kon-Lay Project” MMC (VÖEN – 1301807111) etibarsız təchizatçıların reyestrinə daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, “Kon-Lay Project” MMC sənədləri saxtalaşdırdığı üçün bir il müddətində – 12.05.2026-cı ildən 12.05.2027-ci il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan MMC 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78, m. 20-də yerləşən MMC-nin qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğludur.
Onu da bildirək ki, “Kon-Lay Project” MMC əsasən yerli icra hakimiyyətlərinin keçirdiyi tender müsabiqələrində qalib olub.
Şirkət təkcə son bir il ərzində 370 min manat dəyərində 19 tender müsabiqəsini udub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top