AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Və ya” verilişi üçün göstəriləcək xidmətlərə görə Nəcəfov Qəşəm Mirzə oğluna (Qəşəm Nəcəfzadə) 2 min 700 manat ödəniş edəcək.
Yeniavaz.com
xəbər verir ki,  AzTV bu məqsədlə Qəşəm Nəcəfov (VÖEN – 1601806762) ilə satınalma müqavilələri imzalayıb.
Qeyd edək ki, AzTV bu ödənişi bu ilin aprel-oktyabr aylarında göstəriləcək xidmətlər üçün edəcək.
Onu da bildirək ki, şair Qəşəm Nəcəfzadə həm də Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüdür.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top