
ABŞ Livanın “Hizbullah” hərəkatının müxtəlif maliyyələşdirmə kanallarının aşkarlanmasına və bloklanmasına səbəb olan məlumata görə 10 milyon dollara qədər mükafat elan edib.
Yeniavaz.com xəbər verir ki, müvafiq elan Dövlət Departamentinin saytında yerləşdirilib.
Dövlət Departamenti ABŞ-nin Livandakı əsas məqsədinin “Hizbullah” silahlılarının tamamilə tərksilah edilməsi və Livan hökumətinin öz ərazisi üzərində tam və inhisarçı nəzarətinin bərpa edilməsi olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz