“Həmin ad orada həmişə mövcud olub” – Paşinyan Kərkidən danışdı


“Anklavlar mövzusu müzakirə olunur, lakin hazırda məsələnin həlli üçün heç bir razılaşma, strategiya və ya konsepsiya yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
“Bu gün suallar var və biz anklavlar mövzusundan sadə bir səbəbdən imtina edə bilmərik, çünki bizim özümüzün anklavımız var. Əgər kimsə imtina edərsə, bu, cinayət məsuliyyəti üçün əsasdır, heç kim Ermənistan Respublikasının suveren ərazisindən imtina edə bilməz, amma bu, o qədər də sadə bir mövzu deyil”, - deyə Paşinyan bildirib.
Jurnalistin “Necə oldu ki, “Google”un xəritəsində Tiqranaşen Kərki kimi göstərildi?” sualına isə Paşinyan belə cavab verib:
“Həmin ad orada həmişə mövcud olub. “Google”un xəritə xidməti yaranandan o ad orada olub, bütün müddət ərzində. Sadəcə bəzi insanlar bunu indi fərq edirlər”.
O əlavə edib ki, Kərki məsələsi sərhədlərin delimitasiyası nəticəsində həll olunmalıdır.
Qeyd edək ki, Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənddir. Naxçıvan Muxtar Respublikası ilə fiziki əlaqəsi yoxdur və Ermənistan ərazisi ilə tam əhatə olunub. Hazırda Kərki kəndi Ermənistanın Ararat mərzinin inzibati ərazisinin bir hissəsi kimi idarə olunur və Ermənistan tərəfindən Tiqranaşen adlanır, lakin o, beynəlxalq hüquqa əsasən, Azərbaycan Respublikasının ərazisi hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top