Tramp Qrenlandiyanı ələ keçirmək fikrindən imtina edib


ABŞ Prezidenti Donald Tramp artıq Qrenlandiyaya qarşı güc tətbiq etmək imkanını nəzərdən keçirmir.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-nin Danimarkadakı səfiri Kennet Huver deyib.
“Prezident artıq güc tətbiq etməyi düşünmür. Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri müəyyən etməlidir”, - deyə o qeyd edib.
Diplomat bildirib ki, Qrenlandiya məsələsi üzrə qrupun işinə nikbin yanaşır. Onun sözlərinə görə, sözügedən qrup Ağ Evin təhlükəsizlik narahatlıqlarını, eləcə də Qrenlandiya və Danimarkanın mövqelərini nəzərə alan bir həll yolu tapa bilər. Huver əlavə edib ki, belə bir həll yolu ada sakinləri üçün geniş iqtisadi imkanlar açmalıdır.
Qeyd edək ki, daha əvvəl Donald Tramp dəfələrlə Qrenlandiyanın ilhaqı barədə danışıb və ABŞ tərəfindən belə bir addımın atıla biləcəyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top