Rusiyanın ən böyük neft emalı zavodlarından biri PUA hücumundan sonra qismən bağlandı


Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən Lukoil-Nijeqorodnefteorgsintez neft emalı zavodu Ukrayna dronlarının hücumundan sonra əsas xam neft distillə qurğusunu dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” bu barədə vəziyyətlə tanış olan iki sənaye mənbəyinə istinadən məlumat yayıb.
Bildirilib ki, qurğunun bağlanması zavodun ümumi gücünün 53%-ni təşkil etdiyi üçün zavodun hasilatının kəskin azalmasına səbəb olacaq.
Qeyd edək ki, Lukoil-Nijeqorodnefteorgsintez Rusiyada dördüncü ən böyük neft emalı zavodu və ikinci ən böyük benzin istehsalçısıdır. O, ildə 16 milyon ton və ya gündə təxminən 320.000 barel neft emal edə bilir.
 

DİGƏR XƏBƏRLƏR

Top