Tramp İranın Hörmüz boğazında gəmiçilik haqqı almasına qarşıdır


Vaşinqton administrasiyası İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almasına qarşıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Biz onun açıq olmasını istəyirik. Rüsum istəmirik. Bu, beynəlxalq su yoludur”, - Amerika lideri bildirib. 
Tramp həmçinin iddia edib ki, onların razılığı olmadan İrana heç bir gəmi daxil olmur və ya çıxmır:
“Tehran buna görə çoxlu pul itirir. İtkilər gündə 500 milyon dollara qədərdir”.
 

DİGƏR XƏBƏRLƏR

Top