D'Artanyanın qalıqlarını tapan arxeoloq onları hakimiyyətdən gizlətdi


Niderland polisi arxeoloq Vim Deykmanı, məşhur fransız muşketyoru d'Artanyana məxsus olduğu güman edilən qalıqları Maastrixt hakimiyyətinə qaytarmaqdan imtina etdikdən sonra saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, Deykman 40 ildən çoxdur ki, Maastrixtdə arxeoloq kimi çalışır və d'Artanynan kimi də tanınan Çarlz Ogier de Batzın məzarını axtarırdı. Deykman qalıqları Müqəddəslər Peter və Pavel kilsəsinin döşəməsinin altında aşkar edib.
Kəşf mart ayında elan edildi. Qalıqlar - bir çiyin sümüyü və iki diş - DNT testi üçün Almaniyaya göndərildi. Bu, onların həqiqətən d'Artanyanın qalıqları olub-olmadığını təsdiqləmək üçündür. Nəticələr hələ açıqlanmayıb.
Niderland mediasının məlumatına görə, bələdiyyə sümük və dişləri sınaq üçün poçtla göndərmək istəyib. Deykman etiraz edib. Dostu sonda tapıntını Almaniyaya çatdırdı, lakin təhlildən sonra arxeoloq qalıqları özü üçün götürdü və onları qaytarmaqdan imtina etdi.
Mayın 20-si polis Deykmanın evinə gələrək onu saxladı. Qalıqların harada saxlanıldığını açıqladıqdan sonra sərbəst buraxılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top