Kazemiro “İnter Mayami”yə keçmək istəyir − “Romano”


Braziliyalı yarımmüdafiəçi Kazemiro İngiltərənin “Mançester Yunayted” klubu ilə müqaviləsi başa çatdıqdan sonra Amerikanın “İnter Mayami” klubuna qoşulmaq istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat verib.
Mənbənin məlumatına görə, braziliyalı 24 mayda keçiriləcək İngiltərə Premyer Liqasının son oyun günündən sonra müqavilə imzalamaq istəyir.
Kazemiro 34 yaşındadır. O, 2022-ci ilin yayında “Mançester Yunayted”ə qoşulub və komanda ilə Liqa Kuboku və FA Kubokunu qazanıb. Əvvəllər Braziliyanın “San Paulo”, Portuqaliyanın “Porto” klubu və Oyunçu İspaniyanın “Real Madrid” klublarında oynayıb və bu klublarla beş Çempionlar Liqası titulunu qazanıb. Madrid klubu ilə yarımmüdafiəçi həmçinin üç İspaniya liqası titulunu, üç İspaniya Super Kubokunu, bir UEFA Super Kubokunu, bir Klublararası Dünya Kubokunu və bir İspaniya Kubokunu qazanıb. 

DİGƏR XƏBƏRLƏR

Top