Aleksandr Pluşenko Azərbaycan milli komandasında yarışacaq


Rusiya Fiqurlu Konkisürmə Federasiyası fiqurlu konkisürən Aleksandr Pluşenkonun Azərbaycan komandasında yarışmasına icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, 13 yaşlı Pluşenko gələn mövsümdən etibarən Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanacaq.
Aleksandr Pluşenko ikiqat Olimpiya çempionu Yevgeni Plushenko və teleaparıcı Yana Rudkovskayanın oğludur. O, erkən yaşlarından “Qnom Qnomıx” kimi tanınırdı və valideynləri ilə birlikdə tez-tez sosial mediada, televiziya şoularında və reklamlarda çıxış edirdi.
İdmançı 2025-ci il Rusiya Çempionatında 23 rəqib arasında 18-ci yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top