
Ukrayna işğal olunmuş Xerson bölgəsindəki Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin qərargahına zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
“Ukrayna ordusunun Xüsusi Əməliyyatlar Mərkəzi “A” yaxşı nəticələr əldə edib. Rusiya FTX qərargahına zərbə endirilib və müvəqqəti işğal olunmuş ərazimizdə “Pantsir-S1” zenit-raket və top sistemi məhv edilib”, - Zelenski bildirib.
Onun sözlərinə görə, bu əməliyyat nəticəsində təxminən 100 nəfər ölüb və yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz