
Amerikalı milyarder İlon Mask “Neuralink”in insan beyni üçün riyazi prosessor hazırlayacağını elan edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Beynimizdə riyazi prosessor yoxdur, amma bəlkə də “Neuralink” nə vaxtsa, belə bir prosessor təmin edə biləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, 2016-cı ilin iyul ayında Mask tərəfindən qurulan “Neuralink” insan beyninə implantasiya edilə bilən çiplər hazırlayır. Mask inanır ki, bu cür cihazlar insanların süni intellektə qarşı çıxmağa imkan verəcək, həmçinin, insanların kompüterləri zehnləri ilə idarə etməyi öyrənməsinə kömək edəcək. Bu günə qədər “Neuralink” çipləri on xəstəyə yerləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz