
Fransanın keçmiş prezidenti Fransua Olland Fransa prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Marianne” jurnalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, dünya hazırda bölünüb, Avropa qarışıqlıq içindədir və demokratiya təhdid altındadır.
Bundan əlavə, Olland qeyd edib ki, sağçı “Milli Yürüş” partiyası növbəti seçkilərdə qalib gəlməyi hədəfləyir.
O, 2027-ci ildən sonra da siyasətdə iştirak etməkdə davam edəcəyini bildirib.
Qeyd edək ki, Fransua Olland 2012-ci ildən 2017-ci ilə qədər Fransa prezidenti olub. O, Beşinci Respublikanın ən populyar olmayan prezidentlərindən biri hesab olunur. Belə ki, 2017-ci ildə səlahiyyət müddətinin sonunda onun reytinqi cəmi 4% idi.
Tətbiqimizi yükləyə bilərsiniz