İŞİD hücumu nəticəsində Suriyanın şimalında 5 türk əsgəri şəhid olub

Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı” əməliyyatında iştirak edən 5 türk əsgəri şəhid olub. Anadolu Agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. İŞİD terrorçularının Türkiyə hərbçilərinin olduğu sahəyə hücumu nəticəsində daha 9 türk hərbçisinin yaralandığı bildirilib. Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Əməliyyat 150 gündür davam edir.APA

DİGƏR XƏBƏRLƏR

Top