“Qadın evdə oturub uşaqlarına baxsa, bu, cəmiyyətə daha çox xeyir gətirər”


“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla “Qafqazinfo”ya müsahibəsi zamanı deyib.
“Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər”, - deyə K. Abdulla bildirib.

DİGƏR XƏBƏRLƏR

Top