“Arka Sokaklar” 20 sezondan sonra final edir


Türkiyə televiziya tarixinin ən uzunmüddətli istehsallarından biri olan “Arka Sokaklar” final edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Birsen Altuntaş məlumat yayıb.
Bildirilib ki, “D Media” tərəfindən istehsal olunan serialın 21-ci mövsümünün hazırlıqları dayandırılıb.
Pərdəarxası məlumatlara görə, serialın bitməsi qərarının bu gün aktyor heyətinə çatdırıldığı iddia edilir.
Əvvəllər yeni mövsüm üçün hazırlıqların getdiyi və aktyorlarla razılaşmaların əldə edildiyi bildirilirdi.
İllərdir cümə axşamları ən çox izlənilən seriallar arasında olan “Arka Sokaklar” polis hekayələri və geniş aktyor heyəti ilə diqqət çəkib

DİGƏR XƏBƏRLƏR

Top