
İran və ABŞ Tehranın təklifi əsasında münaqişənin həlli ilə bağlı mesaj mübadiləsini davam etdirirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Esmail Baqayi məlumat yayıb.
Baqayi fikir mübadiləsinin İranın 14 bəndlik təklifinin mətni əsasında aparıldığını bildirib.
Xatırladaq ki, mayın 18-i “Tasnim” xəbər agentliyi Pakistanın ABŞ-yə münaqişənin həlli ilə bağlı yeni 14 bəndlik İran təklifini təqdim etdiyini bildirib. Agentliyin məlumatına görə, mətndə hərbi əməliyyatların dayandırılması və etimadın artırılması tədbirləri vurğulanır.
Tətbiqimizi yükləyə bilərsiniz