
İngiltərənin cənubunda və Midlenddə yayımlanan “Radio Caroline” radiostansiyası Kral III Çarlzın vəfat etdiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, həmin ad yayımlanan proqram qəfildən kəsilib. Aparıcılar Kral III Çarlzın vəfatı səbəbindən yayımların dayandırıldığını elan etdilər və sonra “Tanrı Kralı qorusun” dövlət himnini səsləndirdilər. Daha sonra stansiya 15 dəqiqə səssizliyə qərb olub. Aparıcılar daha sonra efirə qayıdıb və səhvə görə üzr istəyib.
Stansiya bunun ardınca bir daha üzr istəyərək, kompüter səhvinin bütün Britaniya yayımçılarının riayət etdiyi “Monarxın Ölümü” protokolunu işə saldığını izah edib.
Tətbiqimizi yükləyə bilərsiniz