Haluk Levent xəstəxanaya yerləşdirildi


Türkiyənin Əskişəhər konsertindən sonra AFAD (Fövqəladə Halların İdarə olunması Agentliyi​​​​​​​) ilə görüşə qatılmaq üçün yola düşən məşhur sənətçi Haluk Levent səfər zamanı xəstələndi.
Yeniavaz.com
xəbər verir ki, xəstəxanaya aparılan Leventə mədə qanaması diaqnozu qoyulub.
Sənətçinin hazırda ehtiyat tədbiri olaraq reanimasiya şöbəsində müalicə aldığı öyrənilib.
Bildirilib ki, Levent Ankaradakı Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top