AMEA yandırmaq üçün 132 kubmetr odun alıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi odun yanacağı almaq üçün tender keçirib.
Yeniavaz.com
xəbər verir ki, tenderin qalibi fərdi sahibkar Əliyev Çingiz Minacəddin oğlu (VÖEN – 5300413652) olub.
Çingiz Əliyev AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə 17 min 292 manat dəyərində 132 kubmetr odun yanacağı satacaq.
Açıqlanan məlumatdan da göründüyü kimi, odun yanacağının bir kub metri üçün 131 manat ödəniləcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top