Xəzərin sahilində 35 ölü suiti tapıldı


Xəzər dənizinin Qazaxıstan hissəsində, Manqistau vilayətinin Tupkaraqan rayonunda suitilərin kütləvi ölümü baş verib.
Yeniavaz.com
“Kazinform”a istinadla xəbər verir ki, bu barədə regional Ekologiya Departamenti məlumat yayıb.
Məlumata görə, Tupkaraqan rayonunun Bautino kəndi yaxınlığındakı Asan və Kasa sahələri arasındakı sahildə aparılmış monitorinqlər nəticəsində 35 suiti cəsədi aşkar edilib.
Ərazidə eləcə də nərə balığının qalıqları aşkar olunub.
Bununla əlaqədar olaraq, Ekologiya Departamentinin Laboratoriya və Analitik Nəzarət şöbəsinin mütəxəssisləri göstərilən ərazidən dəniz suyu nümunələri götürüblər.
Dəniz suyu analizinin nəticələrinin daha sonra dərc olunacağı bildirlir.

DİGƏR XƏBƏRLƏR

Top