Barəsində cinayət işi açılan və “Gilan Holdinq”ə bağlı şirkət kapitalını yenə azaldır


2014-cu ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən barəsində cinayət işi açılan “Aqroinnova” MMC (VÖEN – 1403603241) nizamnamə kapitalını yeniadən azaldır.
Yeniavaz.com
xəbər verir ki, “Aqroinnova” MMC kapitalının 300 min manat həcmində azaldığını elan edib.
Bildirilir ki, kreditorlar öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, Mirvari y/k, A bloku, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, ötən ilin fevral ayında “Aqroinnova” MMC kapitalının 360 min, may ayında isə 410 min manat həcmində azaldığını açıqlamışdı.
Məlumat üçün bildirək ki, 2024-cü ilin noyabr ayının 1-də Baş Prokurorluq məlumat yayaraq (https://genprosecutor.gov.az/az/post/8171) bildirib ki, ixrac əməliyyatları zamanı 1,6 milyon dollardan artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyi üçün “Aqroinnova” MMC barəsində cinayət işi açılıb.
Qeyd edək ki, “Aqroinnova” MMC 2 dekabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 60, mənzil 89-da yerləşir. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında “Aqroinnova” MMC-nin qanuni təmsilçisinin Sultanov Emil Rauf oğlu olduğu göstərilir. Sultanov Emil Rauf oğlu eyni zamanda “Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlərə rəhbərlik edir. Həmin ünvanda qeydiyyatda olan çoxsaylı şirkətlərin də “Gilan Holdinq”ə bağlı olduğu məlumdur. Bu ünvanda qeydiyyatda olan “Palace İnşaat” MMC-nin (VÖEN – 1402672441) rəhbəri Ağayev Laçın Şirvan oğlu həm də “Gilan Satış” MMC-nin (VÖEN – 1401458241) rəhbəridir.
Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top