
Bu ilin ilk 3 ayında Azərbaycanda nikahların sayı boşanmaların sayından təxminən 1,8 dəfə çox olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, nikah və boşanmalar arasındakı ən böyük fərq Yardımlı rayonunda qeydə alınıb.
Bu ilin yanvar-mart aylarında Yardımlı rayonunda 63 nikah, 11 boşanma rəsmiləşdirilib. Beləliklə, bu rayonda nikahların sayı boşanmaları 5,7 dəfə üstələyib.
Nikah və boşanmlar arasında böyük fərqin olduğu rayonlar arasında Göygöl (4,1 dəfə), Qobustan (3,8 dəfə), Biləsuvar (3,7 dəfə) və Kəngərli rayonları (3,3 dəfə) ilk sıralarda yer alıblar.
Onu da qeyd edək ki, bəzi şəhər və rayonlarda isə boşanmaların sayı nikahları üstələyib. Bu ilin yanvar–mart aylarında Naftalan şəhərində 10 boşanma, 6 nikah, Naxçıvan şəhərində 87 boşanma, 66 nikah, Xocalı rayonunda isə 30 boşanma, 14 nikah qeydə alınıb. Xankəndi şəhərində isə nikah qeydə alınmasa da, 3 boşanma rəsmiləşdirilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz