
Cekson Pollokun “Number 7A” adlı rəsm əsəri “Christie's” hərrac evində rekord qiymətə - 181 milyon dollara satılıb.
Yeniavaz.com “Artnet News” portalına istinadla xəbər verir ki, rəsm, “Christie's”in axşam satışındakı ən yüksək lot olub.
Rəsm ilkin olaraq, 100 milyon dollardan satışa çıxarılıb. Rəsmi hərracda telefonla iştirak edən və adı açıqlanmayan şəxs alıb.
Bununla da, əsər rəssamın indiyə qədər hərracda rekord qiymətə satılan ən bahalı əsəri olub. Belə ki, Pollokun əvvəlki hərrac rekordu 61,2 milyon dollar təşkil edib.
Pollok “Number 7A” əsərini 1948-ci ildə, 36 yaşında ikən çəkib. Bu, onun damcılama texnikasından istifadə edərək çəkdiyi ilk əsərlərindən biridir.
Əsərin eni təxminən 3,3 metr, hündürlüyü isə təxminən 1 metrdir.
Rəsm 2017-ci ildə vəfat edən media maqnatı S.İ. Nyuhausa məxsus olub. O, əsəri 2000-ci ildə “Sotheby's” hərrac evinin o vaxtkı sahibi A. Alfred Taubmandan alıb.

Tətbiqimizi yükləyə bilərsiniz