
Bu ilin ilk 3 ayı ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 1 milyard 883,2 milyon dollar olan 6 milyard 257,1 milyon kubmetr təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 301 dollar olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 7 ölkəyə satıb.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
İtaliya – 2,13 milyard kubmetr (397 dollar);
Türkiyə – 2,39 milyard kubmetr (256 dollar);
Gürcüstan – 791 milyon kubmetr (121 dollar);
Bolqarıstan – 359 milyon kubmetr (294 dollar);
Yunanıstan – 253,5 milyon kubmetr (433 dollar);
Serbiya – 89 milyon kubmetr (379 dollar);
Suriya – 244,2 milyon kubmetr (334 dollar);
İran – 3,1 milyon kubmetr (67,3 dollar).
Onu da bildirək ki, bu ilin ilk 3 ayında Azərbaycan İrandan 134,3 milyon kubmetr təbii qaz alıb. İrandan alınan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 67,3 dollar olub.
Məlumat üçün qeyd edək ki, İrana ixrac olunan təbii qaz İranın Naxçıvana verdiyi təbii qazın əvəzində eyni qiymətə satılır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz