Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi


Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 23,5 min yeni iş yeri açılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni iş yerlərinin 92,2%-i və ya 21,7 mini qeyri-dövlət (özəl) sektorunda açılıb.
Qeyd edək ki, bu dövrdə ölkədə 4,2 min iş yeri bağlanıb və bağlanan iş yerlərinin 44,1%-i özəl 1,8 mini özəl sektorun payına düşüb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, bu ilin ilk 3 ayında özəl sektorda isə iş yerlərinin sayı 19,9 min artıb.
Məlumat üçün onu da bildirək ki, bu ilin ilk 3 ayında özəl sektorda muzdlu (əmək müqaviləsilə) çalışan  işçilərin sayı 28,8 min nəfər azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top