
ABŞ Senatında Prezident Donald Trampın Konqresin icazəsini almadan İrana qarşı müharibəni davam etdirə bilməməsini nəzərdə tutan qətnamə irəli sürülüb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, qətnamənin irəli sürülməsi üçün prosedur tədbiri ilə bağlı səsvermənin nəticəsi 50-yə qarşı 47 olub.
Belə ki, Trampın Respublikaçılar Partiyasından olan dörd partiya yoldaşı, bir nəfər istisna olmaqla, bütün demokratlarla birlikdə qətnamənin lehinə səs verib. Üç respublikaçı isə səsvermədə iştirak etməyib.
“Bu addım ABŞ və İsrail qüvvələrinin İrana zərbələr endirməyə başlamasından 80 gün sonra respublikaçı liderə qarşı nadir etiraz kimi qiymətləndirilib.
Bu nəticə Konstitusiyada göstərildiyi kimi, qoşunları müharibəyə göndərmək səlahiyyətinin prezidentə deyil, Konqresə məxsus olduğunu müdafiə edən qanunvericilər üçün qələbə sayılıb. Lakin bu yalnız prosedur xarakterli səsvermə idi və qətnamənin qüvvəyə minməsi üçün qarşıda ciddi maneələr var.
Qətnamə 100 üzvlü Senatdan keçsə belə, o, həmçinin respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında qəbul edilməli və gözlənilən Donald Trump vetosunu aşmaq üçün həm Senatda, həm də Nümayəndələr Palatasında üçdə iki səs çoxluğu toplamalıdır”, - nəşr yazır.
Qətnamənin müəllifi olan Virciniya ştatından demokrat senator Tim Keyni bildirib ki, atəşkəs Tramp üçün öz mövqeyini Konqres qarşısında əsaslandırmaq baxımından ideal fürsət yaradır.
Tətbiqimizi yükləyə bilərsiniz