
“Arsenal” 22 illik fasilədən sonra İngiltərə Premyer Liqasında çempion olub.
Yeniavaz.com xəbər verir ki, bu, ötən gün liqada ikinci yerdə qərarlaşan “Mançester Siti”nin səfərdə “Bornmut”la oyunda xal itirməsi ilə baş verib.
Belə ki, “Şəhərlilər” 1:1-lik hesaba və bir xala razılaşaraq sona bir tur qalmış lider “Arsenal”ın 4 xal gerisinə düşüblər.
Bununla da “Topçular” 14-cü dəfə İngiltərə çempionu adını qazanıblar.
Tətbiqimizi yükləyə bilərsiniz