
Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Dmitri Kasatkini XİN-ə çağırıb.
Yeniavaz.com xəbər verir ki, buna səbəb Rusiya kəşfiyyatının Ukraynanın Latviya ərazisindən dronlar buraxmağı planlaşdırdığını iddia etməsi olub.
Bildirilib ki, Rusiya səfirliyinin rəhbərinə “qəti etiraz” bildirildi və rəsmi etiraz notası təqdim ediib.
Latviya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Latviyanın Rusiya hədəflərinə zərbələr endirmək üçün öz ərazisinin və hava məkanının istifadəsinə razılıq vermədiyi barədə dəfələrlə verdiyi açıqlamalara baxmayaraq, yalan məlumat yaymağa və gərginliyi artıran bəyanatlar verməyə davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz