Tbilisiyə qatarlar saat neçədə yola düşəcək?

sabahdan qatarda bunu edənlər 30 manat cərimələnəcək
“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə QSC-nin sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.
İctimaiyyətə əlavə məlumat təqdim ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top