“İran danışıqları yaxşı bir mərhələdədir” − Vens


Vaşinqton Tehranla danışıqların hazırda kifayət qədər yaxşı irəlilədiyinə inanır.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D. Vens Ağ Evdə jurnalistlərə bildirib.
Vens qeyd edib ki, İslam Respublikasına qarşı yenidən hərbi əməliyyatların mümkünlüyü hələ də qalmaqdadır:
“Biz böyük irəliləyiş əldə etdiyimizə inanırıq. Biz inanırıq ki, iranlılar razılaşma istəyirlər. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bizə vicdanla danışıqlar aparmağı tapşırıb və biz də məhz bunu edirik. Beləliklə, hazırda kifayət qədər yaxşı vəziyyətdəyik. Amma B planı da var. B planı ondan ibarətdir ki, biz ABŞ-nin məqsədlərini daha da irəli aparmaq üçün hərbi kampaniyanı bərpa edə bilərik . Prezident bunu istəmir. Və mən düşünmürəm ki, iranlılar bunu istəyir”.

DİGƏR XƏBƏRLƏR

Top