
Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS müxbiri məlumat yayıb.
Rusiya lideri 19 və 20 may tarixlərində Pekində olacaq və onun iş qrafiki olduqca sıxdır. Onun beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun əvvəllər qeyd etdiyi kimi, qarşıdan gələn səfərin ən vacib tədbiri Çin Prezidenti Si Cinpinlə ən aktual beynəlxalq məsələləri müzakirə edəcək çay süfrəsi olacaq.
Çay süfrəsindən əvvəl nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Çin danışıqları və Çin Dövlət Şurasının Baş naziri Li Qianq ilə görüş keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz