
İran ABŞ və İsrailin hücumlarını davam etdirəcəkləri təqdirdə, onlara qarşı yeni cəbhələr açmaq, eləcə də yeni döyüş metodlarına əl atmaqla hədələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran ordusunun xüsusi nümayəndəsi Məhəmməd Əkrəminiyyə “Al-Alam” telekanalına bildirib.
“Əgər düşmən İrana yenidən hücum edərsə, biz yeni döyüş metodlarından istifadə edəcək, onlara qarşı yeni cəbhələr açacağıq”, - o, qeyd edib.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İran Silahlı Qüvvələrinin istənilən ssenariyə hazır olduğunu və “düşmənə yeni sürprizlər təqdim etmək” əzmində olduğunu əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz