
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 8203 nikaha daxilolma və 4614 boşanma halları qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,2-yə, boşanmaların sayı isə 1,9-dan 1,8-ə düşüb.
“Nikaha daxilolma səviyyəsi Qarabağ və Şərqi Zəngəzur (4,2), Qazax-Tovuz, Lənkəran-Astara və Mil-Muğan (3,6), Mərkəzi Aran (3,5), Gəncə-Daşkəsən (3,3) iqtisadi rayonlarında ölkə göstəricisindən (3,2) yüksək olub”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz