
İranın Ali Lideri Müctəba Xameneinin mart ayında ABŞ və İsrailin bombardmanları nəticəsində aldığı xəsarətlər onun xarici görünüşünə təsir etməyib.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin xüsusi nümayəndəsi Hüseyn Kermanpur bildirib.
“Bu yaralar o qədər ağır deyildi ki, o, şəhuid edilsin və ya əzaları amputasiya olunsun. Həmkarlarımızdan bəziləri yaraya bir neçə tikiş qoymaq qərarına gəldilər, çünki yara onun ayağında idi və iki və ya üç tikiş tələb edirdi”, - deyə Səhiyyə Nazirliyinin xüsusi nümayəndəsi əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz